Son dəqiqə

Azərbaycan Türkiyə Ticarət nazirliyi

Türkiyənin Azərbaycana dəmir ixracı xeyli artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin Azərbaycana dəmir ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artaraq, 104 milyon 749 min 50 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə Azərbaycana 15 milyon 280 min 46 məbləğində dəmir ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 29,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dəmir ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq, 9 milyard 287 milyon 704 dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1 milyard 44 min 954 dollar məbləğində dəmir ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 12 milyard 181 milyon 497 dollar məbləğində dəmir ixrac edib.

Mövzuya görə xəbərlər