Son dəqiqə

TOBB

Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Azərbaycan kapitalı ilə 136 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 48 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 151 milyon 240 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 210 milyon 960 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-avqust ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (118) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 92 milyon 410 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Azərbaycan kapitalı ilə 71 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər