Son dəqiqə

kibertəhlükəsizlik Beynəlxalq Kibertəhlükəsizlik Günləri (ICSD-2024)

Beynəlxalq Kibertəhlükəsizlik Günləri (ICSD-2024) konfransı keçirilir

Bakı, TurkicWorld

Bakıda növbəti – dördüncü ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransı keçirilir.

TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və "PROSOL" şirkətinin birgə təşkilatçılığı ilə ‘‘Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik’’ mövzusuna həsr olunan konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları, özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak edirlər.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov və "PROSOL" şirkətinin İdarə heyətinin sədri Babək Ağayev tərəfindən press-konfransın keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, tədbir 19-20 sentyabr tarixlərində keçiriləcək.

Mövzuya görə xəbərlər