...

Azərbaycanda sənaye istehsalının həcmi 54 milyard manatı ötüb

İqtisadiyyat Digər xəbərlər 14 Yanvar 2022 23:02
TurkicWorld Mustafa Askerbeyli
Azərbaycanda sənaye istehsalının həcmi 54 milyard manatı ötüb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ildə 54,5 milyard manatlıq və ya 2020-ci illə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,9 faiz artıb.

Dövlət Statistika Komitəsindən TurkicWorld verilən məlumata görə, sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunda, 29,9 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,1 faiz, əmtəəlik qaz hasilatı 23,0 faiz artıb.

Emal sektorunda tikinti materiallarının istehsalı 80,6 faiz, əczaçılıq məhsullarının istehsalı 58,3 faiz, tütün məmulatlarının istehsalı 54,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 29,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 26,8 faiz, kağız və karton istehsalı 26,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,5 faiz, mebel istehsalı 24,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 21,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,4 faiz, hazır metal məmulatlarının istehsalı 17,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,9 faiz, neft məhsullarının istehsalı 13,4 faiz, qida məhsullarının istehsalı 10,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 8,3 faiz, içki istehsalı 2,3 faiz artıb.

Maşın və avadanlıqların istehsalı 9,1 faiz, elektrik avadanlıqlarının istehsalı 11,2 faiz, geyim istehsalı 21,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 38,3 faiz, poliqrafiya məhsullarının istehsalı 45,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 92,6 faiz azalıb.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti