Son dəqiqə

Dövlət Statistika Komitəsi

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği azalıb

Bakı. TurkicWorld:

Cari oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artaraq, milli valyuta ekvivalentində 23 milyard 018,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən TurkicWorld-a bildirilib ki, ümumi kredit portfelinin 19 milyard 079,7 milyon manatı və ya 82,9 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,8 faizi banklar, 3,2 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 20,0 faiz azalaraq 519,8 milyon manat olub və ümumi kredit portfelinin 2,3 faizini təşkil edib.

Mövzuya görə xəbərlər