Son dəqiqə

Dövlət Statistika Komitəsi

Əhaliyə satılan malların və göstərilən xidmətlərin dəyəri açıqlanıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 63,2 milyard manat olmaqla 2022- ci ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 5,6 faiz artıb.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,4 faiz artaraq, 60,8 milyard manata bərabər olub, onun 47,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 566,1 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 74,1 manat çox vəsait xərcləyib.

Mövzuya görə xəbərlər