Son dəqiqə

Azərbaycan Dövlət Statistika Komitəsi

Azərbaycanda bütün nəqliyyat növləri ilə yük və sərnişin daşımalarının sayı artıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə yük daşımalarının sayı 90,9 milyon ton olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 6,8 faiz çoxdur.

Bu barədə TurkicWorld-a Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə bütün yüklərin 55,6 faizi, boru kəməri ilə 32,1 faizi, dəmir yolu ilə 8,3 faizi, dəniz yolu ilə 3,9 faizi, hava nəqliyyatı ilə isə 0,1 faizi daşınıb.

Qeyd olunan dövrdə özəl sektorda yük daşımaları 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 5,3 faiz artıb. Yük daşımalarının ümumi həcmində bu sektorun payı 76,5 faiz olub.

Hesabat dövründə sərnişin daşımaları 742,8 milyon nəfəri ötüb ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 19 faiz çoxdur. Sərnişinlərin böyük hissəsi (87,1 faiz) avtonəqliyyatla, 12,4 faizi metropolitenlə, 0,5 faizi isə digər nəqliyyat növləri ilə daşınıb.

Mövzuya görə xəbərlər