Bakı, TurkicWorld
İlin ilk 8 ayında Türkiyənin Şərqi Qara dəniz bölgəsindən ABŞ başda olmaqla 11 ölkəyə bal ixrac edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Şərq Qaradəniz İxracatçılar Birliyinin İdarə Heyətinin sədri Saffet Kalyoncu deyib.
Kalyoncu, ixracdan 1 milyon 415 min 656 dollar gəlir əldə edildiyini vurğulayıb.
"İxracatda birinci yeri 665 min 390 dollarla ABŞ tutub. ABŞ-ı 376 min 367 dollarla Almaniya, 154 min 53 dollarla Səudiyyə Ərəbistanı izləyib. Sözügedən dövrdə Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Qətər, Oman, Azərbaycan, Banqladeş, Böyük Britaniya və Belçikaya da regiondan bal satılıb.” – deyə o qeyd edib.
Kalyoncu bal ixracatını artıracaq işlərə əhəmiyyət verdiklərinə diqqət çəkib.
Hafiz Rufizoğlu