Son dəqiqə

TOBB

Türkiyədə qurulan Misir şirkətlərinin sayı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Misir kapitalı ilə 62 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 34 şirkət azdır.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 68 milyon 251 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 49 milyon 280 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyul ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (59) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 61 milyon 351 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Misir kapitalı ilə 38 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər