Bakı, TurkicWorld
2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Çin kapitalı ilə 84 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 şirkət çoxdur.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Çin şirkətlərinin məcmu kapitalı 1 milyard 249 milyon 417 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 158 milyon 593 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyul ayında Çin şirkətlərinin əksəriyyəti İstanbulda (59) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Çin şirkətlərinin ümumi kapitalı 1 milyard 81 milyon 636 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Çin kapitalı ilə 47 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.