Bakı, TurkicWorld
2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin Türkmənistana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 faiz artaraq, 3,8 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə Türkmənistana 348 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 1,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq, 1 milyard 605 milyon dollara bərabər olub.
“Bu ilin iyul ayında Türkiyə 230 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 22,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 2 milyard 891 milyon dollar məbləğində xalça ixrac edib.