Türkiyə limanları Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

İyulda Türkiyə limanları 6 minə yaxın gəmi qəbul edib

Bakı, TurkicWorld

Bu ilin iyul ayında Türkiyə limanları 5 min 662 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 508, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 154 olub.

2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 34 min 977 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 23 min 298, Türkiyə bayrağı altında olan gəmilər isə 11 min 679 olub”, – deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər