Bakı, TurkicWorld
2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin Qırğızıstana tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,2 faiz azalaraq, 46,6 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə Qırğızıstana 7 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 17,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalaraq, 5 milyard 418 milyon dollara bərabər olub.
“Bu ilin iyul ayında Türkiyə 799 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 15,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 9 milyard 473 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.