Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyənin ABŞ-a xalça ixracı 460 milyon dollları keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin ABŞ-a xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz artaraq, 462,2 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə ABŞ-a 64,5 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 17,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq, 1 milyard 605 milyon dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 230 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 22,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 2 milyard 891 milyon dollar məbləğində xalça məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər