Bakı, TurkicWorld
2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin Rusiyaya mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,6 faiz azalaraq, 82,1 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə Rusiyaya 12,4 milyon dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 21,9 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-iyul aylarında mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 4 milyard 504 milyon dolları ötüb.
“2024-cü ilin iyul ayında Türkiyənin dünya bazarlarına mebel ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 16,6 faiz artaraq, 707 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 7 milyard 897 milyon dollar məbləğində mebel ixrac edib.