Bakı, TurkicWorld
2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin Azərbaycana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq, 29,2 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə Azərbaycana 4,3 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 33,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,6 faiz azalaraq, 2,5 milyard dollara bərabər olub.
“Bu ilin iyul ayında Türkiyə 390 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 4,1 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023 – iyul 2024) Türkiyə 4,4 milyard dollar məbləğində sement məhsulları ixrac edib.