Son dəqiqə

COP29

COP29 prezidenti Braziliiya və Avstraliyadan olan nümayəndə heyətləri ilə görüşüb

Bakı, TurkicWorld

COP29 Rəyasət Heyəti Çinin Uhan şəhərində Braziliyanın iqlim dəyişikliyi məsələləri üzrə milli katibi Ana Toni, eləcə də, Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Boven ilə görüşüb.

TurkicWorld bu barədə COP29 Rəyasət Heyətinin "X" platformasındakı paylaşımına istinadən xəbər verir.

"COP29 Rəyasət Heyəti Braziliyanın iqlim dəyişikliyi məsələləri üzrə milli katibi Ana Toni ilə İqlim Fəaliyyəti üzrə Nazirlərin 8-ci iclasında görüşməkdən məmnundur. Rəyasət Heyəti Braziliya ilə sıx əməkdaşlıq edir. COP prezidentlərinin "Troika"sı COP-lar arasında ardıcıllığı və uyğunluğu təmin edir və dünya üçün bu kritik məqamda stimul yaradır", - paylaşımda deyilir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Mövzuya görə xəbərlər