Son dəqiqə

Ermənistan Hikmət Hacıyev

Fransanın regionda militarizasiya siyasətinin həyata keçirilməsi regiona ciddi təhdiddir - Hikmət Hacıyev

Bakı.TurkicWorld :

Fransa Respublikasının Cənubi Qafqaz regionunda həyata keçirdiyi siyasəti biz səmərəli hesab etmirik. Bu zərərli bir siyasətdir.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"Bu Cənubi Qafqaz regionunda sülh gündəliyinin irəli parılmasına heç bir halda töfhə vermir. Fransanın regionda militarizasiya siyasətinin həyata keçirilməsi regiona ciddi təhdiddir.

Bu, normallaşma prosesinə ciddi şəkildə bir zərbədir. Eyni zamanda da Ermənistanın daxilində olan revanşist qüvvələrin bir həvəsləndirilməsi xidmət edəcək bir addımdır.

Hesab edirik ki, Fransada BMT Təhlükəsi Şurasının daimi üzvü olaraq daha məhsulətli bir siyasət həyata keçirməlidir", - o əlavə edib.

Onun sözlərinə görə, xüsusilə də beynəlxalq münasibətlərdə belə bir yanaşma vardır ki, işğal və təcavüz törətmiş dövlətlərə münasibətdə onların növbəti hərbləşdirmə proqramlarına və militarizasiya proqramlarına münasibətdə müxtəlif məhdudiyyətlər tətbiq olunmalıdır.

"Nəzərə almalıyıq ki, Ermənistan Cənubi Qafqaz regionunda işğal və təcavüz törətmiş dövlətdir", - o qeyd edib.

Mövzuya görə xəbərlər