Son dəqiqə

Rəşad Nəbiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 13 faiz artıb

Bakı. TurkicWorld :

2024-cü ilin yanvar-may aylarında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 1,3 milyard manat olub.

TurkicWorld xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

Nazir qeyd edib ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 5,4 milyard manat olub.

Mövzuya görə xəbərlər