Son dəqiqə

Türkiyə Özbəkistan Türkiyənin ixracı

Türkiyənin Özbəkistana kimyəvi maddə ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld :

Türkiyə 2024-cü ilin yanvar-may aylarında Özbəkistana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz azalataq, 143,3 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin may ayında Türkiyənin Özbəkistana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 0, 9 faiz azalaraq, 35 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-may aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artıraraq 13,6 milyard dolları ötüb.

“2024-cü ilin may ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 24,3 faiz artaraq, 3 milyard dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər