Son dəqiqə

Azərbaycan Gürcüstan

Azərbaycan Gürcüstan iqtisadiyyatına 13 milyon dollar sərmayə qoyub

Bakı. TurkicWorld :

Azərbaycan cari ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına 13 milyon dollar həcmində sərmayə qoyub.

TurkicWorld xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bir sıra ölkələrin Gürcüstan iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi azalsa da, Azərbaycanın yatırdığı sərmayənin həcmi əvvəlki illə müqayisədə artıb.

Mövzuya görə xəbərlər