Son dəqiqə

BMT Taleh Ziyadov Orta Dəhliz

Orta Dəhliz "yaşıl" dəhlizə çevriləndə cəlbediciliyi daha da artacaq - Taleh Ziyadov

Bakı. TurkicWorld :

Orta Dəhliz "yaşıl" dəhlizə çevriləndə cəlbediciliyi daha da artacaq, belə ki, Asiyadan Avropaya və əks istiqamətdə bu marşrutla konteyner daşımalarına bir sıra vergilər tətbiq olunmayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə BBDTL-in baş direktoru Taleh Ziyadov jurnalistlərə deyib.

"Limanımıza artıq BMT-nin Beynəlxalq Dəniz Təşkilatı tərəfindən "yaşıl liman" sertifikatı verilib. Bu, Orta Dəhlizin "yaşıl" statusunun inkişafı üçün də müsbət haldır. Gələcəkdə konteynerlərin qitələrarası ticarətdə hansı təchizat zəncirindən keçdiyi nəzərə alınacaq. Orta Dəhliz "yaşıl" olanda isə bir çox şirkətlər ona üstünlük verəcək", - deyə o bildirib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Mövzuya görə xəbərlər