Bakı. TurkicWorld:
Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Yaşıl artım gündəliyində təhsil" mövzusunda konfrans keçirilir.
TurkicWorld xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, həmçinin, digər dövlət rəsmiləri, millət vəkilləri iştirak edir.