Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi xalça

Yanvar-mart aylarında Türkiyənin Pakistana xalça ixracının həcmi açıqlanıb(ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Pakistana xalça ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 153,1 faiz artaraq, 625,3 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin mart ayında Türkiyə Pakistana 49.7 min dollar məbləğində xalça ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 72,3 faiz azdır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına xalça məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 23,9 faiz artaraq, 746,6 milyon dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 247,3 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 5,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 - mart 2024) Türkiyə 2,9 milyard dollar məbləğində xalça məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər