Son dəqiqə

Gömrük tarifi Vergi Məcəlləsi

Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklər plenar iclasa tövsiyə olunub

Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında birinci oxunuşda olan qanun layihələri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

TurkicWorld-un məlumatına görə, bu sənədlər işğaldan azad edilmiş ərazilərin minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi çərçivəsində istifadə olunan avadanlıqların idxalının 5 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.

Mövzuya görə xəbərlər