Azərbaycanın azad edilmiş ərazilər məşğulluq üçün geniş potensial yaradır - Sahil Babayev

Azərbaycanın azad edilmiş ərazilər məşğulluq üçün geniş potensial yaradır - Sahil Babayev

Azərbaycanın işğaldan azad edilmiş əraziləri məşğulluq üçün çox geniş potensial yaradır.

TurkicWorld-un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zaman deyib.

Nazir bildirib ki, bu potensialın düzgün istifadə edilməsi üçün bizə düzgün ixtisaslı işçi qüvəsi lazım olacaq: “Bu baxımdan düşünürəm ki, bu forum bu istiqamətdə çox faydalı olacaq”, - deyə nazir bildirib.