...

Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımı gözlənilir - Taleh Ziyadov

İqtisadiyyat Digər xəbərlər 7 Dekabr 2021 13:40
TurkicWorld Aytac Aliyeva
Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımı gözlənilir - Taleh Ziyadov

Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımı gözlənilir.

TurkicWorld-un məlumatına görə, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov deyib.

"Zəngəzur dəhlizi hələ sovet dövründə regionumuzun əsas dəhlizi və yüklərin aşırılması üçün logistika qovşağı hesab olunurdu. O vaxt onun imkanları ildə 3 milyon ton təşkil edirdi. Biz Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımını gözləyirik. Limanın yükaşırma həcmlərinin artırılmasına hazırlanması üçün işlər aparılır. Biz həm də hesab edirik ki, qonşu ölkələrin limanları ilə əlaqələrin qurulması bizi regional iştirakçıya çevirəcək. Bu gün biz bir sıra ölkələr üçün yük tranzitində qovşaq qismində çıxış edirik", - deyə T.Ziyadov bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti