Azərbaycanda pul bazası artıb

Azərbaycanda pul bazası artıb

2021-ci il dekabrın 1-ə olan vəziyyətə görə Azərbaycanda pul bazası 14,279 milyard manat təşkil edib.

TurkicWorld bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Ötən ayla müqayisədə pul bazası 2,4 faiz və ya 342,1 milyon manat artıb.

Eyni zamanda, ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 20,9 faiz çoxalıb.