Yanvar ayında İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 6 milyonu ötüb (ÖZƏL)

Yanvar ayında İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 6 milyonu ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 6 milyon 1 min 619 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 1 faiz artaraq 1 milyon 234 min 576 nəfər, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 4 milyon 767 min 43 nəfər təşkil edib.

2024-cü ilin yanvar ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 249 min 557 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıraraq, 13 min 931 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 20 faiz artaraq, 235 min 626 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 5 faiz artaraq, 40 min 848 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz azalaraq 8 min 910, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 31 min 938 olub.
Bu ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 5 milyon 508 min 28 nəfər, yük dövriyyəsi isə 55 min 335 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

X: Lamanasadli01