Azərbaycan və Avropa Komissiyası beynəlxalq maliyyə qurumları ilə əlaqələri müzakirə edib

Azərbaycan və Avropa Komissiyası beynəlxalq maliyyə qurumları ilə əlaqələri müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktor vəzifəsini icra edən cənab Matsey Popovski ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə nazir feysbukda paylaşım edib.

"Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktor vəzifəsini icra edən Matsey Popovski ilə beynəlxalq maliyyə qurumları ilə əlaqələrin genişlənməsi və işğaldan azad olunmuş ərazilərimizin bərpası çərçivəsində əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardıq", - deyə, o qeyd edib.