Mikayıl Cabbarov Dünya Bankının nümayəndəsi ilə görüşdü

Mikayıl Cabbarov Dünya Bankının nümayəndəsi ilə görüşdü

Bakı. TurkicWorld:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeysterlə görüşüb.

TurkicWorld xəbər verir ki, o, bu barədə öz “X” sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə Azərbaycan üzrə hazırlanan Tərəfdaşlıq Çərçivə Sənədində nəzərdə tutulmuş məsələlər, ölkəmizin iqtisadi inkişaf prioritetləri istiqamətində həyata keçirilən tədbirlər və ikitərəfli əməkdaşlığın potensial istiqamətləri nəzərdən keçirilib.