Dünya Bankı Türkiyəyə dəstəyini 35 milyard dollara çatdırıb

Dünya Bankı Türkiyəyə dəstəyini 35 milyard dollara çatdırıb

Bakı. TurkicWorld:

Dünya Bankı Türkiyəyə dəstəyini 17 milyarddan 35 milyard dollara çatdırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek açıqlayıb.

"Dünya Bankı ilə güclü əməkdaşlığımız çərçivəsində növbəti beş illik dövr üçün maliyyə əməkdaşlığı proqramı yaradılıb. Dünya Bankından üç ayrı layihə üçün 1,5 milyard dollar maliyyə alınıb və bu mənbə Türkiyənin enerji təchizatı təhlükəsizliyini təmin etmək və müəssisələrin yaşıl çevrilmə prosesini dəstəkləmək üçün istifadə ediləcək", - deyə o bildirib.

X: Lamanasadli01