Bakı. TurkicWorld:
2023-cü ildə Türkiyə ilə Azərbaycan arasında ticarət həcmi 2022-ci illə müqayisədə 31 faiz artaraq 7,65 milyard dollara çatıb.
TurkicWorld bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, 2023-cü ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 15,68, Rusiya ilə 4,35 milyard dollara çatıb.
Qeyd edək ki, Azərbaycanın 2023-cü ildə 193 ölkə ilə ikitərəfli ticarət həcmi 51,18 milyard dollara çatıb.