Qaziantep Universiteti kitabxana tikintisi üzrə tender elan edib

Qaziantep Universiteti kitabxana tikintisi üzrə tender elan edib

Bakı. TurkicWorld:

Qaziantep Universiteti kitabxana tikintisi üzrə tender elan edib.

TurkicWorld xəbər verir ki, tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Kitabxananın tikintisi işinin başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 37 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 25 yanvar 2024-cü il, Türkiyə vaxtı ilə saat 11:00-a qədər “Gaziantep Üniversitesi Yapı İşleri ve Teknik Daire Başkanlığı Üniversite Bulvarı 27310 Şehitkamil/GAZİANTEP” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.