Ankara Yıldırım Bəyazit Universiteti tələbə yataqxanasının tikintisi üzrə tender elan edib

Ankara Yıldırım Bəyazit Universiteti tələbə yataqxanasının tikintisi üzrə tender elan edib

Bakı. TurkicWorld:

Ankara Yıldırım Bəyazit Universiteti tələbə yataqxanasının tikintisi üzrə tender elan edib.

TurkicWorld xəbər verir ki, tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yataqxananın tikintisi işinin başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 35 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 30 noyabr 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:30-a qədər “Ankara Yıldırım Beyazıt Üniversitesi Milli İrade Binası Yapı İşleri ve Teknik Daire Başkanlığı B Blok Kat:7 Keçiören / ANKARA” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.