TÜBİTAK yüksək sürətli külək tunelinin tikintisi üzrə tender elan edib

TÜBİTAK yüksək sürətli külək tunelinin tikintisi üzrə tender elan edib

Bakı. TurkicWorld:

Türkiyənin TÜBİTAK Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutu (SAGE) yüksək sürətli külək tunelinin tikintisi üzrə tender elan edib.

TurkicWorld xəbər verir ki, tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Külək tunelinin tikintisi işinin başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 40 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 12 dekabr 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:00-a qədər “TÜBİTAK SAGE Gökçeyurt Mh. Kümeevleri No:1 06261-Mamak/ANKARA” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Aytac Süleymanova

Twitter: a_alieva_