Bursa Böyükşəhər bələdiyyəsi sosial-mədəni müəssisənin tikintisi üzrə tender elan edib

Bursa Böyükşəhər bələdiyyəsi sosial-mədəni müəssisənin tikintisi üzrə tender elan edib

Bakı. TurkicWorld:

Bursa Böyükşəhər bələdiyyəsi sosial-mədəni müəssisənin tikintisi üzrə tender elan edib.

TurkicWorld xəbər verir ki, tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müəssisənin tikintisi işinin başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 28 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 28 noyabr 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:00-a qədər “Bursa Büyükşehir Belediyesi Yeni Hizmet Binası Destek Hizmetleri Dai.Bşk. İhale Şb. Md. İhale Toplantı Salonu Zafer Mah. Ankarayolu Cad. Bodrum 1.Kat No:1 TR-16080 Osmangazi / BURSA” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.