Yanvar-sentyabr aylarında Əlcəzairdən Türkiyə limanlarına 6 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Yanvar-sentyabr aylarında Əlcəzairdən Türkiyə limanlarına 6 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-sentyabr aylarında Əlcəzairdən Türkiyə limanlarına 6 milyon 376 min 345 ton yük daşınıb.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Əlcəzairdən limanlara 235 min 219 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 4 milyon 436 min 258 ton yük çatdırıb.

Bu müddət ərzində Əlcəzair bayraqlı gəmilərlə Türkiyə limanlarına 1 milyon 704 min 868 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-asentyabr aylarında Türkiyə limanlarına Əlcəzairdən 239 min 941 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Türkiyə limanları 32 milyon 24 min 971 ton yük qəbul edib.

2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 292 milyon 607 min 632 ton yük qəbul edib.

Bundan əlavə, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 745 min 148 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 270 milyon 862 min 484 ton təşkil edib.

Məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 722 min 881 ton transit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.

Bu dövrdə, Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.

2022-ci ildə Türkiyə limanlarından 81 milyon 18 min 986 ton transit yük daşınıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01