Yanvar - sentyabr aylarında Türkiyənin İsrailə elektrik avadanlıqları ixracı 323 milyon dolları ötüb (ÖZƏL)

Yanvar - sentyabr aylarında Türkiyənin İsrailə elektrik avadanlıqları ixracı 323 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında İsrailə elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq 323,2 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Sentyabr ayında Türkiyə İsrailə elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 4,5 faiz azalaraq 35,9 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq, 12 milyard dollara bərabər olub.

Bu ilin sentyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022-sentyabr 2023) Türkiyə 16,2 milyard dollar məbləğində elektrık avadanlıqları ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_