Yanvar-iyun aylarında Türkiyənin BƏƏ-nə elektrik avadanlıqları ixracı 104 milyon dolları ötüb

Yanvar-iyun aylarında Türkiyənin BƏƏ-nə elektrik avadanlıqları ixracı 104 milyon dolları ötüb

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Birləşmiş Ərəb Əmirliklərinə elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz artaraq 104,9 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə BƏƏ-nə elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 18,4 faiz artaraq 19,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 7,9 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,3 milyon dollar məbləğində elektrik avadanlıqları məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 1,2 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 15,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.