Yanvar-may aylarında Ceyhan limanı 500-dən çox gəmi qəbul edib

Yanvar-may aylarında Ceyhan limanı 500-dən çox gəmi qəbul edib

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-may aylarında Türkiyənin Adana şəhərində yerləşən Ceyhan limanı 537 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin Adana şəhərində yerləşən Ceyhan limanı Türkiyə bayrağı altında üzən 50, digər ölkələrin bayraqları altında üzən 487 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 559 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 674, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 3 min 885 olub.

2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 16 min 388 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 837, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 175 olub.