Türkiyədə 5 milyona yaxın xarici vətəndaş yaşayır

Türkiyədə 5 milyona yaxın xarici vətəndaş yaşayır

Bakı. TurkicWorld:

Hazırda Türkiyədə 4 milyon 990 min 663 xarici vətəndaş yaşayır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Köç İdarəsinin paylaşdığı məlumatda bildirilir.

"2023-cü ilin əvvəlindən bu yana ölkədə müvəqqəti qoruma çərçivəsində məskunlaşan Suriyalıların sayı 3 milyon 381 min 429 nəfərə çatıb. Qeyd edilən dövrdə, ölkəsinə könüllü şəkildə qayıdan Suriya vətəndaşlarının sayı isə 554 min 114-ə bərabər olub." - deyə idarədən qeyd edilib.

Bu dövr ərzində, Türkiyədə beynəlxalq himayə çərçivəsində yaşayan əcnəbi vətəndaşların sayı 300 min 720 nəfər təşkil edib.

"2023-cü ilin yanvar ayından bu zamana qədər ölkədə yaşama icazəsinə malik xarici vətəndaşların sayı 1 milyon 308 min 514 nəfər olub." - deyə idarə məlumatda bildirib.