Bakı. TurkicWorld:
Özbəkistanın Səmərqənd şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev AYİB-in Avrasiyada infrastruktur üzrə direktoru Yekaterina Miroşnik ilə görüşüb.
TurkicWorld bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Görüşdə Azərbaycanın Bankla uğurlu əməkdaşlığı vurğulanıb, sosial-iqtisadi inkişaf prioritetləri, ölkəmizdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində tərəfdaşlıq potensialı diqqətə çatdırılıb.
Tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətlərini, ölkəmizdə reallaşdırılan dövlət-özəl tərəfdaşlığı və infrastruktur layihələrində bankın iştirakını müzakirə ediblər.