BAKI,TurkicWorld
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistanın Namanqan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində təşkil olunan elmi-praktik konfransda iştirak edib.
TurkicWorld xəbər verir ki, konfrans “Şərq məqamının yeni tendensiyaları: ənənə və innovasiyanın qarşılıqlı əlaqəsi” mövzusuna həsr olunub.
Çıxışında nazir Azərbaycan muğam sənətinin milli-mədəni kimlikdə mühüm yer tutduğunu vurğulayıb.
O qeyd edib ki, muğam Azərbaycan xalqının tarixi və mədəni irsinin ayrılmaz hissəsidir və bu sənətin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Adil Kərimli Prezident İlham Əliyevin mədəniyyət sahəsinə, o cümlədən muğam sənətinin inkişafı və təbliğinə göstərdiyi davamlı diqqəti xüsusi qeyd edib.
Nazir həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən muğamın qorunması və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.







