Mart ayında Anev şəhərinin təntənəli açılış mərasimi keçiriləcək - TÜRKSOY-un baş katibi

Mart ayında Anev şəhərinin təntənəli açılış mərasimi keçiriləcək - TÜRKSOY-un baş katibi

Bakı. TurkicWorld:

Mart ayında Türk Dünyasının mədəniyyət paytaxtı adını almış Anev şəhərində təntənəli açılış mərasimi keçiriləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə TÜRKSOY-un baş katibi Sultan Raev məlumat verib.

"TÜRKSOY öz işi ilə bu il Türk Dünyasının mədəniyyət və incəsənət adamlarını Türkmənistanda bir araya gətirəcək. Fəaliyyətimizi iki mühüm başlıq altında planlaşdırdıq. Türk Dünyasının önəmli simalarından olan məşhur türkmən mütəfəkkiri Məhtimqulu Fəraqinin xatirəsini genişmiqyaslı tədbirlərlə anacağıq. Əsərlərini və qoyub getdiyi mədəni irsi tanıtmaq üçün Türk Dünyası xaricində bir çox tədbirlər təşkil edəcəyik. Digər mövzu isə qədim Anev şəhəridir. Mart ayında Türk Dünyasının Mədəniyyət Paytaxtı adını almış Anev şəhərimizdə möhtəşəm açılış planlaşdırırıq. 150-dən çox sənətçinin qatılacağı şənliklərə hazırlıqlarımızı tamamladıq. Mədəniyyət və incəsənət mövzulu görüşlərimiz türk xalqları arasında dostluq körpülərini daha da möhkəmləndirəcək”,- deyə o bildirib.

Qeyd edək ki, 2023-cü il Türk Dünyası Mədəniyyət Paytaxtı Şuşa tədbirlərinin bağlanış proqramı ilə “Mədəniyyət Paytaxtı” adı Türkmənistanın Anev şəhərinə verilib.

Aytac Süleymanova

Twitter: a_alieva_