Tarixin insan əli ilə məhv edilməsi acınacaqlıdır - TÜRKSOY Baş katibinin müavini

Tarixin insan əli ilə məhv edilməsi acınacaqlıdır - TÜRKSOY Baş katibinin müavini

Bakı. TurkicWorld:

İnsanların yaşadığı, tarixi abidələrin olduğu əraziləri dağıtmaq nə deməkdir? Bu barədə çıxışçılar Qarabağda tarixi abidələrə vurulmuş ziyanlardan danışdılar. Tarixin insan əli ilə məhv edilməsi acınacaqlıdır.

TurkicWorld xəbər verir ki, bu fikirləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edəcəyi "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri" ("Livable and Sustainable Heritage Cities") mövzusunda beynəlxalq konfransda çıxış edən TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf deyib.

O bildirib ki, hər il tarixi abidələrin qorunmasına ciddi diqqət ayrılır:

"UNESCO-nun mədəni irsin qorunması siyahısı var. Düşünürəm ki, bu siyahı genişləndirilməlidir. Çünki Türk dünyasının tarixi dərindir. Bizim ilk məqsədimiz bu mədəni irsin bütün türk dünyasında toplamaqdır. Bu mədəniyyətin bu günə qədər gəlib çatan nümunələri qorunmalıdır. Türkiyədən kənara gedəndə Səmərqəndi, İçərişəhərin tanımayanları görürəm. Bu məni çox üzür. Parisdə bir Qülləni tutub gedirik. Nə qədər belə davam edə bilər?

Türk dünyası ölkələrində hansı torpağı qazsan altından tarix çıxır. Bu zəngin tarixin qədrini bilmək lazımdır. Qardaş dövlətlərlə çiyin-çiyinə çalışsaq, bizim tariximiz də, mədəniyyətimiz də heç vaxt insan əli ilə dağıntılara məruz qalmaz".