BAKI, TurkicWorld, Nailə Babazadə
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən ABŞ - yə hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalaraq, 133 milyon 798 min 50 dollara bərabər olub.
Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin fevral ayında ABŞ - yə hazır geyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 65 milyon 369 min 92 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 1 milyard 328 milyon 486 min dollara bərabər olub.
2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 2 milyard 667 milyon 117 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 16 milyard 667 milyon 644 min dollar məbləğində hazır geyim məhsulları ixrac edib.







