İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

Bakı. TurkicWorld:

İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

TurkicWorld TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 355 min nəfər əhalisi olan Ambon şəhərindən 346 km cənub-qərbdə, Banda dənizində yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.