Son dəqiqə

Hizbullahda parçalanma: Hərbi qanad siyasi liderlərə qarşı qiyam qaldırıb Livan od içində: Hizbullah daxilindəki xaos İsrailə bəhanə verdi Koordinasiyasız raket zərbələri: Hizbullah rəhbərliyi şokdadır İranın B planı: SEPAH Hizbullah daxilində müstəqil qrup yaradıb? Beyrutda sui-qəsdlər: Siyasi liderlər hücumlardan xəbərsiz qalıb Livan hökumətindən sərt qərar: Hizbullahın hərbi qanadı qadağan edildi

"Hizbullah" daxilində qiyam: Hərbi qanad siyasi rəhbərliyə tabe olmur

BAKI, TurkicWorld

"Hizbullah"ın hərbi qanadının bazar ertəsi sübh saatlarında İsrailə raket zərbələri endirməsi təşkilat daxilində siyasi rəhbərliyə qarşı qiyamın baş verməsini üzə çıxarıb.

TurkicWorld xəbər verir ki, Livandakı diplomatik mənbələr hərbi qanadın bu addımının siyasi rəhbərliyin dövlət qarşısında götürdüyü "müharibəyə qoşulmamaq" öhdəliyini pozduğunu bildirir.

"Hizbullah"ın siyasi qanadı rəsmi Beyruta və parlament sədri Nəbih Berriyə münaqişəyə müdaxilə etməyəcəklərinə dair təminat versə də, hərbi qruplaşmaların koordinasiyasız raket hücumları vəziyyəti gərginləşdirib. Məlumata görə, siyasi rəhbərlik bu əməliyyatdan tamamilə xəbərsiz olub. Bu fakt rəsmi bəyanatların "Hizbullah"ın əsas media resurslarında deyil, yalnız "Telegram"dakı hərbi kanallarda yayılması ilə də təsdiqlənir. İsrailin bu hücumlara cavab olaraq Beyrutun cənubunda həyata keçirdiyi silsilə sui-qəsdlər və genişmiqyaslı hava zərbələri təşkilat daxilindəki rabitəsizliyin ağır nəticələrə yol açdığını göstərir.

Ekspertlər hesab edirlər ki, hərbi qanadın bu özbaşına hərəkəti İranın proksi qüvvələr daxilində birbaşa idarə etdiyi "paralel qanadlar" yaratmaq strategiyasının nəticəsidir. Məlumata görə, bu qiyamın arxasında birbaşa İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dayandığı istisna edilmir. Təşkilatın daxilindəki bu parçalanma Livan hökumətinin "Hizbullah"ın hərbi və təhlükəsizlik qanadının fəaliyyətini qadağan edən və cinayət hesab edən qərarlar qəbul etməsinə səbəb olub.