Son dəqiqə

Trampdan İrana son xəbərdarlıq ABŞ Prezidenti iranlılara evdə qalmaq çağırışı etdi Tramp SEPAH-a ultimatum verdi İran xalqına taleyinizi müəyyən edin çağırışı Regionda gərginlik fonunda Trampın dramatik müraciəti

Trampdan İrana sərt xəbərdarlıq: “Evlərinizdən çıxmayın”

Bakı, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp İrandakı hərbi əməliyyatların gedişinə dair növbəti bəyanatla çıxış edib.

TurkicWorld xəbər verir ki, Donald Tramp İrandakı vəziyyətin “hədsiz dərəcədə təhlükəli” olduğunu bildirərək mülki əhaliyə evlərində qalmaq çağırışı edib. Onun sözlərinə görə, hazırkı şəraitdə açıq məkanlarda qalmaq ciddi risk yaradır.

Prezident müraciətində İran xalqına siyasi mesaj da ünvanlayıb. O qeyd edib ki, proses başa çatdıqdan sonra İran xalqı öz taleyini müəyyən etmək imkanına malik ola bilər və bunu “nəsillər boyu yaranan nadir fürsət” kimi qiymətləndirib.

Tramp, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), silahlı qüvvələr və polis əməkdaşlarına ultimativ mesaj verib. Onun sözlərinə görə, silahlarını yerə qoyanlara toxunulmazlıq təmin ediləcək, əks halda isə ağır nəticələrlə üzləşəcəklər.

Regionda artan hərbi gərginlik fonunda Trampın bu bəyanatı diplomatik və hərbi balans baxımından mühüm siqnal kimi dəyərləndirilir. Rəsmi Tehran tərəfindən hələlik bu açıqlamaya münasibət bildirilməyib.